İran məhkəməsi iki Əfqanıstan vətəndaşını edama göndərdi
“Bu iki Əfqanıstan vətəndaşı son dərəcə ədalətsiz mühakimə olunduqdan sonra günahlarına dair heç bir dəlil olmadan edama məhkum ediliblər. Onlar İranın edam maşınının ucuz qurbanlarıdır, hökumət onların edamı ilə Şahçıraq terror faciəsindəki məsuliyyətini ört-basdır etməyə, digər tərəfdən isə qorxu yaratmağa çalışır. Bu müttəhimlərin heç bir tarixçəsi dərc olunmayıb və onların məhkəməsi qeyri-şəffaf prosesdə, seçilmiş vəkilin iştirakı olmadan və məcburi etiraflar əsasında aparılıb”, - Əmirimiqdam deyib.
Fars vilayətinin baş hakimi Kazim Musəvi verdiktin hüquqi prosedurlardan keçməsindən sonra bu iki şəxs barəsində cəzanın tezliklə icra olunacağını bildirib.
Məhəmməd Ramiz Rəşidi və Nəim Haşimi Qətali keçən il oktyabrın 26-da Şahçırağa hücumla bağlı Şiraz İnqilab məhkəməsinin 15 fevral 2023-cü il tarixli hökmü ilə “ictimaiyyət qarşısında edam” cəzasına məhkum olunublar.
Rəsmi qurumların açıqlamasına görə, İranda son ümummilli etirazlar zamanı Şahçırağ ziyarətgahına silahlı basqın nəticəsində 13 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb.
AzVision.az