İordaniya mediası Heydər Əliyevdən yazıb

İordaniya mediası Heydər Əliyevdən yazıb
  07 İyul 2023    Oxunub:1177
Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədovun “Heydər ƏIiyev İli” çərçivəsində qələmə aldığı məqalə İordaniyanın rəsmi saytları olan “alanbatnews.net” və “Əd-Dustur”da yayımlanıb.
Qeyd edək ki, “alanbatnews.net”-lə yanaşı, “Əd-Dustur” qəzeti bir səhifəsini məqaləyə həsr edib.

Bundan başqa məqalə nüfuzlu "nbnjo.com", "johinanews.com" "alsaa.net", "orobanews.com" , " marayanews.com ", "alordoon.com" informasiya agentliklərində də geniş şəkildə işıqlandırılıb.

Yazıda ümummilli liderin Azərbaycan - İordaniya əlaqələrinin qurulmasında və inkişaf etdirilməsindəki rolundan bəhs edilir. Tarixə ekskursiya edilərək önəmli Şərq ölkəsi sayılan İordaniya ilə Azərbaycan arasında münasibətlərin qurulmasında Ulu Öndərin atdığı addımlarla bağlı faktlara yer verilib.

Eyni zamanda müəllif Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi və əlaqələrimizin irəliyə daşınması üçün apardığı fəaliyyətini qeyd edib.

AzVision.az



Teqlər: İordaniya  





Xəbər lenti