Mask Zukerberqi məhkəməyə verməyə hazırlaşır

   Mask Zukerberqi məhkəməyə verməyə hazırlaşır
  07 İyul 2023    Oxunub:1054
İlon Mask Zukerberqi məhkəməyə verməyə hazırlaşır.
Bu barədə Semafor nəşri "Twitter"in hüquqşünası Aleks Spironun Meta şirkətinin rəhbəri Mark Zukerberqə yazdığı məktuba istinadən məlumat yayıb.
Mask və Zukerberq Romanın Kolizeyində döyüşə bilər


Hüquqşünas məktubunda Zukerberqi yeni sosial şəbəkə olan "Threads”in “Twitter”i kopyalamasında və köhnə “Twitter” işçilərini oraya cəlb etməsində ittiham edib.

Spironun məktubunda deyilir ki, "Meta" şirkətin kommersiya sirlərinə və çox həssas məlumatlara girişi olan və olmaqda davam edən onlarla keçmiş "Twitter" əməkdaşını işə götürüb. Və məhz həmin işçilərə "Twitter"in kommersiya sirlərini "Threads”in işlənib hazırlanmasında istifadə etmək tapşırığı verilib.

Qeyd edək ki, “Threads” 1 gündə 30 milyondan çox istifadəçi qazanıb.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:  





Xəbər lenti