Avropanın 3 ölkəsi İrana qarşı sanksiyaların müddətinin uzadılmasını istəyir
Bəyanatda İranın nüvə fəaliyyətinin “təhlükəli səviyyəyə” çatdığı, beynəlxalq sülh və təhlükəsizlik üçün böyük narahatlıq doğurduğu vurğulanır. Həmçinin, bildirilir ki, İranın 20% və 60% zənginləşdirilmiş uran ehtiyatları nüvə silahı istehsalı proqramı olmayan bir ölkə üçün misilsizdir. Bəyanatda BMT TŞ-nin da İranın raket proqramına, İranın raket və PUA-larının müxtəlif ölkə və qruplara ötürdüyünü müzakirə etdiyi də bildirilir.
“İranın bu hərəkəti qeyri-sabitlik amilidir. İlk növbədə İranın nüvə başlığı daşıya bilən ballistik raketlərin istehsalı və performansını təkmilləşdirmək üzrə hərəkəti TŞ-nin 2231 saylı qətnaməsinin qəti şəkildə pozulmasıdır. İkinci sırada İran müxtəlif qruplara silah ötürərək bölgəni və bütün dünya ictimaiyyətini riskə atıb. Rusiya İran dronlarından Ukraynanın şəhərlərinə və mülki infrastrukturuna hücum etmək üçün istifadə edir”, - bəyanatda deyilir.
Daha sonra bu ilin oktyabr ayında İranın ballistik raket istehsalı və raket ixracı sahəsindəki proqramına qarşı BMT-nin sanksiyalarının sona çatmasına toxunan ölkələr, bu sanksiyaları uzatmaq və tam şəkildə həyata keçirmək istədiklərini bildiriblər. Onlar İranın nüvə böhranının diplomatik həll yolunun tapılmasına diqqət çəkərək, Tehrandan beynəlxalq ictimaiyyətlə konstruktiv və müsbət qarşılıqlı fəaliyyət yolu ilə gərginliyi azaltmasını və nüvə diplomatiyası istiqamətində addımlar atmasını tələb ediblər.
Qeyd edək ki, Beynəlxalq Atom enerjisi agentliyinin (MAQATE) mart ayında verdiyi məlumata görə, İranın Fordu ərazisində 83,7% zənginləşdirilmiş uran hissəcikləri aşkar edilib ki, bu da uranın belə səviyyədə zənginləşdirilməsinin çox ciddi məsələ olduğunu göstərir.
AzVision.az