Toplantıda ona Qarabağla bağlı sual ünvanlayıblar. Fransa rəhbəri cavabında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevə Qarabağla bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan daha çox təzyiq (?!) edib: “Mən bu məsələdə dəqiq mövqeyi olan yeganə şəxsəm”.
"Fransa başqa ölkələrə dərs vermək əvəzinə öz problemlərini düşünməlidir" |
Müəllifin fikrincə, Fransa prezidentinin Qarabağ mövzusuna belə anormal reaksiyası Bolqarıstan ictimaiyyətini az narahat edir və məlum mövzular heç başqa hansısa xalqın marağında da deyil. Bu halda belə bir görüntü yaranır ki, Bolqarıstanın ingilisdilli saytı məhz amerikalıların və israillilərin Makronun qalmaqallı açıqlamalarına öz narazılıqlarını ifadə edə biləcəkləri platforma kimi seçilib.
"Məlum olduğu kimi oynanılan kartlarda çox şey gizlənir və burada ABŞ-la İsrailin reaksiyası işə düşüb. Qarabağ ermənilərini "qurban verən" amerikalılar və israillilər bölgəni Rusiya ilə İranın təsir zonasından çıxarmağa çalışırlar. Aydın məsələdir ki, ABŞ və İsrail Ermənistanın, Qarabağda yaşayan ermənilərin və ümumilikdə erməni xalqının maraqlarını düşünmür. Onların öz maraqları var. Bu isə Türkiyə və Azərbaycanın maraqları ilə 100 faiz üst-üstə düşür.
Həmçinin Bolqarıstanın ingilisdilli qəzetlərindən olan bu nəşr gözlənilmədən prezident Makrona ritorik sual da ünvanlayıb: "O, nə üçün Ermənistanın indiki baş nazirinin belə Moskva və Tehranı dəstəkləməkdən imtina etdiyi regionda İranla Rusiyanı dəstəkləməyə çalışır?" Görünür, Makronun sözləri ABŞ və İsraildə olanların əsəblərini tarıma çəkib. Amma məqaləyə əsasən indiki qarışıq durumda başqa bir vacib məqama daha çox diqqət yetirilməlidir. Bu, erməni xalqının kosmik miqyasda biabırçı vəziyyətə düşməsi, Paşinyanın ABŞ ilə İsrailin maraqlarına xidmət etməsidir. Hansı ki, bu iki super gücün maraqları Türkiyə və Azərbaycanınkı ilə 100 faiz üst-üstə düşür. Bu həm də Rusiya Federasiyası və İrana qarşı yönəlib",- məqalədə qeyd edilib.
Yeri gəlmişkən, “The Sofia Globe” məlum məqaləsində ötən ay “The Wall Street Journal”da dərc olunmuş maraqlı bir yazını xatırladıb. Qeyd edilir ki, Makronun Cənubi Qafqaz siyasəti Moskva və Tehranın regional maraqlarına xidmət edir. Həmçinin, Bu siyasi xətt Vaşinqton və Brüsselin İrəvanla Bakının sülhə nail olması üçün göstərdiyi səylərinə də ziddir.
Məqalədə yazılıb: “Rəsmi Paris faktiki olaraq Cənubi Qafqazda Rusiya və İranın oyunlarını aktivləşdirən mövqe tutdu. Rusiya və İran kimi müttəfiqlərin hərbi təcavüzündən əziyyət çəkən Ukrayna da Makronun separatizmi müdafiə etməsindən narahatdır. Makron Marsel bəyanatında özünün Qarabağda rus separatizmini dəstəkləməsindən bəlağətlə danışır. Fransa prezidenti Avropanın digər ölkələrinin onun mövqeyini bölüşmədiyini də etiraf edib: “Beynəlxalq aləmdə gündəmi bu mövzu olan tək mən qalsam belə, səylərimi davam etdirəcəyəm”. Bu baxımdan Makronun Cənubi Qafqazdakı siyasəti Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş xarici siyasətinə tamamilə ziddir.”.
Tural Tağıyev
AzVision.az