Niderland Qolodomoru soyqırım kimi tanıdı

   Niderland Qolodomoru soyqırım kimi tanıdı
  07 İyul 2023    Oxunub:975
Niderland parlamenti Qolodomor faciəsini soyqırımı kimi tanıyıb.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba tviterdə yazıb. O, Niderlanda təşəkkür edib.

Qeyd edək ki, "Qolodomor" hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını deyirlər.

"Qolodomor" qurbanlarının xatirəsi rəsmi olaraq 1998-ci ildən qeyd edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti