Ermənistanda vəkillər tətilə başladı
Vəkillər iyulun 11, 12 və 13-də üç günlük etiraz aksiyası keçirəcəklər. Onlar dövlət orqanlarında (o cümlədən məhkəmələrdə və ibtidai istintaq orqanlarında) müdafiə və ya təmsilçilik həyata keçirməyəcəklər. Palata aksiyaya qoşulan vəkillərin yalnız fövqəladə hallarda məhkəmələrə müraciət edəcəklərini vurğulayıb.
“Polis rəisinin vəkillik peşəsinin düşməni elan edilməsi ilə bağlı hüquq ictimaiyyətində sorğular keçiriləcək”, - məlumatda deyilir.
O da bildirilir ki, aksiyadan sonra hüquqşünaslar klubunun iclası çağırılacaq və orada gələcək fəaliyyət müzakirə olunacaq.
Qeyd edək ki, vəkil Karen Alaverdyanın polis bölməsində döyülməsindən sonra vəkillər etiraz aksiyalarına start veriblər. Faktla bağlı istintaq başlayıb.
Bu ilin əvvəlində daha iki vəkil Marzpet Avakyan və Emmanuel Ananyan polis idarəsində zorakılığa məruz qalıblar. Hüquqşünaslar hesab edir ki, bu cür işlərin istintaqı kifayət qədər tez aparılmır və təqsirkarlar cəzasız qalır.
AzVision.az
Teqlər: