İlk gündə "Threads"də 30 milyon istifadəçi qeydiyyatdan keçib

   İlk gündə "Threads"də 30 milyon istifadəçi qeydiyyatdan keçib
  06 İyul 2023    Oxunub:1563
"Twitter"ə rəqib olaraq yaradılan "Threads"də ilk günündə 30 milyon istifadəçi qeydiyyatdan keçib.
"Facebook", "Instagram" və "WhatsApp"ın sahibi olan Meta-nın baş direktoru Mark Zukerberq "Twitter"ə yeni rəqib sosial media platforması olan "Threads"i istifadəyə verib.

"Threads" mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək üçün "Instagram" komandası tərəfindən yaradılmış yeni proqramdır.

İstifadəçilər "Instagram" hesabları vasitəsilə yeni platformaya daxil ola bilərlər.

Ekspertlər bildirirlər ki, "Threads" platformadakı son dəyişikliklərdən narazı olan "Twitter" istifadəçilərini cəlb edə bilər.

Yeni platformada simvol limitinin 500 olduğu bildirilən açıqlamada linklərin, fotoşəkillərin və 5 dəqiqəlik videoların da paylaşıla biləcəyi qeyd edilib.

Açıqlamada "Threads"in iOS və Android üçün 100-dən çox ölkədə mövcud olduğu və tətbiqin "App Store" və "Google Play Store"dan endirilə biləcəyi açıqlanıb.

AzVision.az



Teqlər: Threads   Meta  





Xəbər lenti