ÜST: "Ölkələr xüsusi karantin rejimindən sabit mərhələyə keçə bilər" |
ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 885 478 yoluxma halı və 4 912 ölüm halı qeydə alınıb. Bu dövrdə ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb - 383 767. Sonrakı yerləri Avstraliya (85 167), Braziliya (70 163), Sinqapur (32 562) və Rusiya (30 049) tutur. İyunun 5-dən iyulun 2-dək Braziliyada ən çox ölüm qeydə alınıb - 1057. Sonrakı yerdə Rusiya (506), İtaliya (317), Peru (250) və Avstraliya (241) gəlir.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qlobal səhiyyədə koronavirusla əlaqədar fövqəladə vəziyyət qüvvədə olub. 11 mart 2020-ci ildə ÜST COVID-19 epidemiyasını pandemiya adlandırıb. Təşkilatın saytında iyulun 5-nə olan məlumata görə, dünyada 767 726 861 koronavirusa yoluxma faktı qeydə alınıb, 6 948 764 nəfər ölüb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, koronavirusdan ölənlərin dəqiq sayı ən azı 20 milyondur.
AzVision.az