İmran Xan: "Pakistanı tərk etməyəcəm"
“Mən heç bir oğurluq və ya cinayət törətməmişəm. Niyə mən Pakistanı tərk etməliyəm?”, nəşr Xanın sözlərinə istinadən qeyd edib. Partiya liderinin sözlərinə görə, xeyirxahlar ona zəng edərək Pakistan hərbi komandanlığı və bütün siyasi partiyaların ona qarşı olduğunu və bütün partiya üzvlərinin həbs olunduğunu deyiblər. Buna baxmayaraq, keçmiş hökumət başçısı ona qarşı qeydə alınmış bütün iddialara etiraz etmək niyyətindədir.
Sabiq baş nazir qeyd edib ki, son 6 ayda ona qarşı 180 inzibati və cinayət işi qeydə alınıb. O, həmçinin qeyd edib ki, partiyasının tərəfdarları, liderləri və fəalları İslam Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşlarını məhkəməyə verməlidirlər.
Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatası ona etimadsızlıq səsverməsi verdikdən və Pakistan Müsəlman Liqasının (Nəvaz fraksiyası) sədri Şahbaz Şərifi yeni baş nazir seçdikdən sonra hökumətin başçısı vəzifəsindən istefa verib. Həmin vaxtdan Xanın rəhbərlik etdiyi partiya ölkədə hakimiyyətə qayıtmaq üçün fəal şəkildə kampaniya aparır.
AzVision.az
Teqlər: