O, Stavropol rəhbəri Vladimir Vladimirov ilə görüşü zamanı kənd təsərrüfatı ilə bağlı hesabata maraqlı şəkildə reaksiya verib. Qubernator bölgədə əvvəllər kütləvi kartof istehsalının olmadığını qeyd edib: "Verdiyiniz göstəriş çərçivəsində artıq istehsal 600 min tona çatıb".
Putin məmurun açıqladığı statistikaya cavab olaraq yerli kartofun dadlı olub-olmadığını soruşub. Qubernator da növbəti dəfə nümunə üçün tərəvəzdən gətirəcəyinə söz verib.
Vladimir Prezidentin "Belarusdakı kimidir?" sualına isə cavab olaraq deyib ki, "Bizimki daha yaxşıdır. Düşünürəm oradakılardan da əladır" deyib. Sonda Putin təbəssümlə qubernatora söz verib ki, "Mən bu barədə Aleksandr Qriqoryeviçə (Lukaşenkoya-red.) danışacağam".
Tural Tağıyev
AzVision.az