Zaxarova: "Diplomatlarımıza qarşı özlərini neandertal kimi aparırlar"

   Zaxarova:    "Diplomatlarımıza qarşı özlərini neandertal kimi aparırlar"
  06 İyul 2023    Oxunub:967
Amerikanın xüsusi xidmət orqanları rus diplomatlarına qarşı "ələalma" kampaniyası həyata keçirərkən özlərini vəhşi, neandertallar səviyyəsində aparırlar.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

O qeyd edib ki, "ABŞ-da diplomatlarımızın ailələrinin qalması üçün dözülməz şərait yaradılır". Ələalma cəhdləri çoxalıb və hər şeydən istifadə olunur. Sağlamlıq, qohumluq əlaqələri, çətin həyat situasiyaları və s. amillərdən yararlanmağa çalışırlar. Amerika xüsusi xidmət orqanları məqsədlərinə çatmaq üçün diplomatlarımıza qarşı münasibətdə özlərini vəhşi, barbar, neandertallar kimi aparırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti