"Nüvə silahları etibarlı mühafizə altındadır" - Lukaşenko
"Belarus ərazisinə müəyyən sayda nüvə başlıqları köçürülüb. Onlar etibarlı mühafizə altındadır", - Lukaşenko bildirib.
Onun sözlərinə görə, nüvə döyüş başlıqları yerdə hərəkətə gətirilməyib. Lukaşenka həmçinin vurğulayıb ki, Belarus heç kimə nüvə silahı ilə hücum etmək fikrində deyil, onlar yalnız müdafiə məqsədləri üçün nəzərdə tutulub.
"Əgər siz (Qərb - red.) Belarusa qarşı təcavüz etsəniz, cavab ani olacaq. Məqsədlər müəyyənləşib", - o deyib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva və Minsk beynəlxalq öhdəlikləri pozmadan Belarusda taktiki nüvə silahı yerləşdirməyə razılaşıblar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Lukaşenko