Rusiya XİN:“Fransa Ermənistan və Azərbaycan arasında vasitəçi ola bilməz”

 Rusiya XİN:“Fransa Ermənistan və Azərbaycan arasında vasitəçi ola bilməz”
  06 İyul 2023    Oxunub:1387
“Fransa Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Bizdə uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun dağılmasında Parisin də rolu olub:

“Ötən il Fransanın Milli Assambleyası tərəfindən Azərbaycan əleyhinə bəyanatın qəbul olunması, Fransa Azərbaycanın fikrini nəzərə almadan avropalı müşahidəçilərin şübhəli mandatlı mülki missiyasını Ermənistana göndərməsi Fransanın regional münaqişədə tutduğu mövqeyə bariz nümunədir. Fransanın göstəriş xətrinə atdığı addımlar tərəflərə kömək etmir. Paris sadəcə Rusiyanı regiondan sıxışdırıb çıxarmağa və öz məqsədlərinə çatmağa çalışır”.

AzVision.az


Teqlər: Fransa   Rusiya   Qarabağ  





Xəbər lenti