İranda rejim əleyhdarı daha iki il müddətinə həbs olundu

İranda rejim əleyhdarı daha  iki il müddətinə həbs olundu
  06 İyul 2023    Oxunub:1377
Hazırda Evin həbsxanasında həbsdə olan, hökumətin tanınmış əleyhdarlarından biri Məhəmməd Nurizad yeni iş üzrə daha iki il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az İran İnsan Haqları təşkilatına istinadən bildirir ki, Nurizad 10 illik həbs cəzasını çəksə də, ona qarşı bir çox başqa ittihamlar da irəli sürülüb.

Təşkilatın hesabatına görə, Tehran İnqilab məhkəməsinin 28-ci şöbəsinin iki gün əvvəl Nurizada təqdim etdiyi sənəddə o, ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq ittihamından bəraət alıb. Lakin rejim əleyhinə təbliğat fəaliyyəti ittihamı ilə 1 il və pəncərələri sındırmaqla həbsxananı dağıtma ittihamı ilə də 1 il müddətinə azadlıqdan məhrum edilib.

2019-ci ilin iyununda İranın liderinin istefası tələbi ilə bəyanat imzalayan 14 vətəndaş fəaldan biri olan Məhəmməd Nurizad elə həmin il avqustun sonunda Məşhəddə keçirilən etiraz aksiyası zamanı həbs edilib.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti