AzVision.az xəbər verir ki, o, İrəvanın guya işğaldan azad olunan ərazilərlə bağlı dəqiq mina xəritələrini təqdim etdiyini iddia edib.
"Azərbaycan Ermənistan tərəfini ərazilərin minalanmasında ittiham edir. Halbuki, Beynəlxalq Ədalət Məhkəməsi fevralın 22-də verdiyi qərarla bu ittihamları təkzib edib. Ermənistan ötən il Azərbaycanın nəzarətinə keçən bütün ərazilərdəki minalanmış sahələrin xəritələrini Bakıya təhvil verərək, bu məsələni də həll etməyə hazır olduğunu nümayiş etdirdi. Həmin xəritələrin köməyi ilə Azərbaycanda genişmiqyaslı minatəmizləmə işləri aparılır", - Paşinyan sərsəm iddialar səsləndirib. Erməni baş nazir daha bir yalanı ortaya atıb. O, iddia edib ki, guya Bakı İrəvanla münasibətləri yaxşılaşdırmaq üçün heç bir cavab tədbiri görməyib və erməni məhbusların məsələsi də həll olunmayıb.
Qeyd edək ki, Ermənistan xəritələrin bir hissəsini versə də, səsnədlərin böyük qismi minalanmış ərazilərlə üs-üstə düşməmişdi. Xarici işlər naziri Ceyhun Bayramov açıqlamalarının birində
“İndiyə kimi Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi çox aşağıdır” demişdir. Onun sözlərinə görə, bu xəritələrin dəqiqlik faizi təxminə 25 faizdir.
Tural Tağıyev
AzVision.az