Ermənistan, Yunanıstan və Kipr hərbi əməkdaşlıq proqramı imzalayıb
Görüş iyulun 5-də Kiprdə baş tutub. Görüş iştirakçıları bir sıra təhlükəsizlik məsələlərini də müzakirəyə çıxarıblar.
"Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər. Üçtərəfli hərbi əməkdaşlıq proqramına Ermənistan, Yunanıstan və Kiprdə bir sıra tədbirlərin keçirilməsi də daxildir", - məlumatda deyilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan