Ermənistanda 4 məktəbdə Azərbaycan dili öyrədilir

   Ermənistanda 4 məktəbdə Azərbaycan dili öyrədilir
  06 İyul 2023    Oxunub:1141
2022-2023-cü tədris ilində Ermənistanda 12 məktəbdə türk dili, 4-də isə Azərbaycan dili tədris edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Nazirliyi vurğulayıb ki, Azərbaycan və türk dilləri yalnız 10-12-ci sinif şagirdləri tərəfindən öyrənilir.

"2022-2023-cü tədris ilində 33 ümumi təhsil müəssisəsində regional dillərin tədrisi təşkil olunub, onlardan 13-də fars, 3-də gürcü, 12-də türk və 4-də Azərbaycan dili tədris olunmağa başlayıb.

Daha 400 erməni məktəbi yaxın gələcəkdə regional dilləri (türk, azərbaycan, gürcü və iran) öyrənmək istəklərini bildiriblər", deyə məlumatda qeyd edilib.

İnformasiyaya əsasən, hazırda Ermənistanın bütün məktəblərində 2-ci sinifdən başlayaraq xarici dil kimi rus və ingilis, fransız və ya alman dilləri tədris olunur. “Bundan sonra məktəblərdə üçüncü dil kimi region ölkələrinin dillərinin tədrisinə də diqqət yetiriləcək”, - məlumatda bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti