Berlin ABŞ-a 60 helikopterə görə 6 milyard avro verəcək

Berlin ABŞ-a 60 helikopterə görə    6 milyard avro verəcək
  05 İyul 2023    Oxunub:1275
Almaniya ABŞ-nin "Boeing" şirkətindən 60 ədəd "Chinook" hərbi helikopteri alacaq.
"Reuters" xəbər verir ki, bunu Almaniya parlamentinin büdcə komitəsinin qərarı sübut edir.

Müqavilənin dəyəri 6 milyard avrodan çoxdur.

Qeyd edək ki, "Chinook" 1960-cı illərdən geniş istifadə olunmağa başlayıb və dünyanın 20-dən çox ölkəsində xidmət göstərir.

ABŞ artıq Vyetnam və Əfqanıstandakı müharibələr zamanı belə helikopterlərdən istifadə edib.

Xatırladaq ki, ötən ay ABŞ Dövlət Departamenti Almaniyaya "CH-47F Chinook" helikopterlərinin satışını təsdiqləyib.

AzVision.az



Teqlər: ABŞ   Helikopter  





Xəbər lenti