Kiyev məhkəməsində partlayış olub, ölən və yaralananlar var

 Kiyev məhkəməsində partlayış olub,    ölən və yaralananlar var
  05 İyul 2023    Oxunub:1242
Kiyev məhkəməsinin binasında partlayış olub.
"RBC-Ukrayna" xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Məlumata görə, partlayış Şevçenkovski Rayon Məhkəməsi ərazisində qeydə alınıb.

Nazir bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib:

"Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb".

AzVision.az



Teqlər: Kiyev  





Xəbər lenti