Paşinyan Putinə zəng edib: Gündəm Azərbaycanla sülh müqaviləsi

      Paşinyan Putinə zəng edib:    Gündəm Azərbaycanla sülh müqaviləsi
  05 İyul 2023    Oxunub:961
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Məlumatı Kremlin Mətbuat xidməti yayıb. Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşıb.

Telefon danışığı zamanı Azərbaycanın Qarabağ iqtisadi rayonu ətrafındakı vəziyyət, o cümlədən nəqliyyat vasitələrinin Laçın dəhlizi ilə maneəsiz hərəkətinin təmin edilməsi məsələləri müzakirə olunu. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-2022-ci illərdə imzaladıqları üçtərəfli bəyanatların müddəalarının ardıcıl yerinə yetirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.

V.Putin Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti