İran XİN başçısı: “Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza veriləcək”

      İran XİN başçısı:    “Azərbaycan səfirliyinə hücum edənə ən ağır cəza veriləcək”
  05 İyul 2023    Oxunub:980
“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

“Diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar”, - nazir vurğulayıb.(Report)

AzVision.az


Teqlər:





Xəbər lenti