Çində leysan yağışları: 15 nəfər ölüb

Çində leysan yağışları:    15 nəfər ölüb
  05 İyul 2023    Oxunub:1705
Çinin Çonçin şəhərində son 3 gündə yağan şiddətli yağışlar 15 nəfərin ölümünə səbəb olub.
Leysan yağışları əsasən Vancou rayonunda fəsadlar törədib, 2500 nəfərdən çox sakin təxliyə edilib. Hazırda itkin düşənlərin axtarışları davam edir. Paralel olaraq təbii fəlakətlə mübarizə və onun nəticələrinin aradan qaldırılması işləri aparılır.

Qeyd edək ki, hazırda Çində musson yağışları mövsümüdür. Səlahiyyətli qurumlar leysan yağışları ilə əlaqədar mütəmadi olaraq müxtəlif dərəcədə xəbərdarlıq elan edir. Müvafiq qurumlara və əhaliyə leysan yağışlarının səbəb olacağı sel, daşqın, torpaq sürüşməsi, palçıq axını kimi fəsadlara hazır olmaq tövsiyə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti