Fransada mindən çox azyaşlı etirazçı saxlanılıb

   Fransada mindən çox azyaşlı etirazçı saxlanılıb
  05 İyul 2023    Oxunub:1004
Fransada altı gündür davam edən etirazlarda saxlanılan şəxslərin sayı açıqlanıb.
Bu barədə BFMTV kanalı məlumat yayıb. Kanalın məlumatına görə, polis 1124-ü azyaşlı olmaqla 3625 etirazçını saxlayıb. Bu günə kimi 380 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, lakin bu, yekun rəqəm deyil.

Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti