Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın bu ölkəyə dəstəyindən yazıb
Məqalələrdə məktəbin direktoru Valentina Antonenkonun orta məktəbə daim dəstək göstərən Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürü də qeyd olunub. Vurğulanıb ki, bundan əvvəl Prezident İlham Əliyevin göstərişi ilə “SOCAR Energy Ukraine” şirkəti Rusiya-Ukrayna müharibəsi zamanı İrpen şəhərində ciddi ziyan dəyən orta məktəbin təmirini üzərinə götürərək, müvafiq işləri yeni tədris ilinə kimi başa çatdırıb.
Təmir işləri zamanı orta məktəbin dam örtüyü tamamilə yenilənib, sinif otaqları təmir edilib, pəncərə çərçivələri dəyişdirilib, yeni istilik radiatorları quraşdırılıb, kosmetik işlər həyata keçirilib. Partlayışdan ən çox zərər çəkmiş idman zalı və bomba sığınacağı təmir edilib.
Eyni zamanda, elektrik enerjisi probleminin həlli məqsədilə orta məktəb generatorla da təmin olunub.
Teqlər: