Son 23 ildə təbii fəlakətlərin sayı 134 faiz artıb
O, sözünə davam edərək vurğulayıb ki, bununla yanaşı, beynəlxalq ictimaiyyət müvafiq miqyaslı böhrana cavab hərəkətlərini hələ də ləngidir. Şurada diskussiyanın iştirakçıları iqlim dəyişmələri məsələsini insan haqları kontekstində nəzərdən keçiriblər. BMT-nin uşaq hüquqları Komitəsinin üzvü Benyam Davit Mezmurun sözlərinə görə, 2020-ci ildə doğulan uşaqlar babaları və nənələri ilə müqayisədə ehtimal ki, təxminən üç dəfə çox quraqlıq və qıtlıq görəcəklər.
O, həmçinin diqqəti ona çəkib ki, ekoloji böhranın əsas yükü yoxsul ölkələrdə yaşayan uşaqların payına düşür. Hər şeydən əvvəl əhalinin ən həssas təbəqəsi əziyyət çəkir. Beləliklə, iqlim dəyişmələri bərabərsizlik və ayrı-seçkiliyi artırır, yerli xalqlar, milli azlıq qrupları, əlil uşaqlar və xüsusilə qızlar zərbə altında olurlar.
BMT-nin təsisatlarının nümayəndələri öz çıxışlarında qeyd ediblər ki, qida sənayesi müəssisələri iqlimə mənfi təsir göstərir və ətraf mühitin pisləşməsini gücləndirirlər. Onlar aqroqida sistemlərinin dəyişdirilməsinə, o cümlədən kənd əhalisinin və kiçik fermerlərin dəstəklənməsinə səsləyiblər.
Ümumdünya Ərzaq Proqramının Cenevrədəki nümayəndəliyinin direktoru Can Karlo Sirri bildirib ki, 3,6 milyard insan - dünya əhalisinin 40 faizindən çoxu ekstremal iqlim hadisələri qarşısında aciz olan ərazilərdə yaşayır.
Onun sözlərinə görə, 2030-cu ilədək iqlimlə bağlı təbii fəlakətlərin sayı 30 faiz artaraq ildə təqribən 560 hadisə təşkil edəcək.
AzVision.az
Teqlər: