BMT-nin Təhlükəsizlik Şurasında İranın pozuculuq fəaliyyətinə baxılacaq

   BMT-nin Təhlükəsizlik Şurasında İranın pozuculuq fəaliyyətinə baxılacaq
  04 İyul 2023    Oxunub:927
Ukraynadakı müharibə kontekstində Tehranın BMT-nin 2231 saylı qətnaməsini pozması ilə bağlı iyulun 6-da BMT Təhlükəsizlik Şurasının (TŞ) dövri iclasının keçirilməsi planlaşdırılır.
AzVision.az Böyük Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord Tehranı 2231 saylı qətnaməni pozmaqda ittiham edib.

“İran Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün Rusiyaya pilotsuz təyyarələr göndərməklə bu qətnaməni pozub. Deməli, iyulun 6-da həll edəcəyimiz çoxlu məsələlər və narahatlıqlar var”, - Vudvord deyib.

İran və dünyanın altı qüdrətli dövləti, ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya arasında JCPOA (İranın nüvə problemi üzrə 5+1 formatı) sazişi imzalandıqdan sonra BMT-nin TŞ-si 2015-ci ilin iylunda bu razılaşmanı təsdiqləyən 2231 saylı qətnamə qəbul etdi.

Ukraynaya qarşı müharibədə istifadə etmək üçün İranın Rusiyaya döyüş PUA-ları verməsi barədə açıqlanan xəbərlərdən sonra 2022-ci ildə BMT TŞ-da 2231 saylı qətnaməinin Tehran tərəfindən pozulması ilə bağlı araşdırmanın aparılmasına ehtiyac olduğu vurğulandı.
Bu müharibədə İran PUA-larının istifadəsi barədə çoxsaylı məlumatlara baxmayaraq, İranın BMT-dəki nümayəndəliyi qərb ölkələrinin bu məsələdə araşdırma tələbini “Ukrayna müharibəsində İranı gözdən salmaq üçün siyasi şou” kimi qiymətləndirib.

Xanım Vudvord, həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarının həcmi ilə bağlı Qərbdə yaranan ciddi narahatlıqları da diqqətə çatdırıb.

- Biz İranın hərəkətlərindən narahatıq. Bu ölkə nüvə silahı hazırlamaq üçün lazım olan minimum zənginləşdirilmiş uran miqdarından üç dəfə çox ehtiyat toplayıb. Buna görə də uran ehtiyatları və həmçinin İranın uranı zənginləşdirmək qabiliyyəti çox yüksəkdir. Bu vəziyyət bizi çox narahat edir. Bu səbəbdən növbəti addımlar üçün Avropadakı üç müttəfiqlə ilə sıx əməkdaşlıq edirik”, - Böyük Britaniyanın BMT-dəki səfiri vurğulayıb.

“Guardian” qəzetinin yazdığına görə, Böyük Britaniya və digər Avropa ölkələri İranın ballistik raket istehsalına qarşı sanksiyaları uzatmaqla ilk dəfə JCPOA sazişini “pozmaq” niyyətindədirlər. 2231 saylı qətnaməyə əsasən bu sanksiyaların müddəti bu il oktyabrın 18-də başa çatmalıdır.
AzVision.az


Teqlər: BMT   İran  





Xəbər lenti