Beş-altı ay əvvəl Hindistanın hakim partiyasının nümayəndəsi seçki kampaniyası zamanı Məhəmməd peyğəmbəri təhqir etmişdi. İki gün keçməmiş İranın XİN rəhbəri pul qoparmaq üçün Hindistanın Çabahar limanına səfər etdi. İran özünü heç "tanımayan" və tamamilə məntiqsiz, ziddiyyətli fikirlər bəyan edən, eyni kursu davam etdirən bir dövlətdir. Eyni şeylər onun Azərbaycana qarşı son münasibətinə də aiddir. Rəsmi Tehran hər zaman Azərbaycan mətbuatından narazılığını bildirib. Bununla bərabər İran mətbuatında Azərbaycan Prezidentini və Azərbaycan dövlətini təhqir etmək adi hala çevrilib.
İran Xarici İşlər Nazirliyi o qədər aciz durumdadır ki, "Səhər" telekanalına "siz kimsiniz ki, Azərbaycan prezidentini təhqir edirsiniz?" deyə bilmir... Azərbaycan İranın istənilən liderini daim təhqir edə bilər. Amma o, bunu özünə layiq bilmədiyinə görə etmir.
İran Xarici İşlər Nazirliyi öz imkanlarına uyğun danışıqlar aparmalı idi. Nazir Abdullahian öz prezidentinə hörmət edilmir. Çünki o, xarici işlər nazirinin müavini işləyərkən nazir Cavad Zərifə casusluq etməklə məşğul olub. SEPAH ondan alət kimi istifadə etdikdən sonra buraxıb. Elə SEPAH da indiki xarici işlər nazirinə hörmət etmir. İranın strukturuna görə, bu ölkənin Prezident Aparatı Azərbaycanda nazirlik statusuna bərabər olan bir qurumdur. İranla bağlı bütün qərarların verilməsində müstəsna rol İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Ali Dini Lider S.Ə.Xamneyiyə məxsusdur.
Bu yaxınlarda xarici işlər naziri Azərbaycanla bağlı xoşagəlməz vəziyyətə düşüb. Azərbaycanla İran arasında münasibətlərin normallaşması İrandakı səfirliyimizin fəaliyyətinin bərpası deməkdir. Bu isə hazırda mümkün deyil. İran Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasında niyə maraqlı olduğunu izah etməlidir. Tehran belə hesab edir ki, məhz onların hesabına Azərbaycan iqtisadiyyatı ayaqda durur. Azərbaycan əhalisinin aztəminatlı hissəsi İranın hesabına yaşayır. Sərhədləri bağlamışıq, insanlarımız İrana gedə bilmir. Ona görə orada deyirlər ki, azərbaycanlılar artıq İrana müalicəyə getmirlər.
Qoy gəlib Azərbaycanı görsünlər. Ərzaq qiymətləri, xüsusən də çörəyin qiyməti günbəgün ucuzlaşır. İranla həmsərhəd bölgələrdə tibbi sığorta tam qüvvədədir. Bu ölkə ilə Azərbaycan arasında münasibətlərin normallaşmasının mahiyyəti ondan ibarətdir ki, İran vətəndaşları bizə müraciət edir, ölkəmizə gəlirlər. Əgər bu onlara lazımdırsa, qoy bunu bizə bildirsinlər. Amma deməsinlər ki, sərhədləri açın ki, İran vətəndaşları gəlsinlər, onların hesabına azərbaycanlılar çörəkpulu qazanırlar.
Qarabağ separatçılarının əli iranlı qanına da batıb... |
Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsi indi onlara lazımdır və Tehran İsrail, Amerika, Səudiyyə Ərəbistanı, Türkiyəni burada olduğunu bəyan etdi. Azərbaycanın İrandakı səfirliyi ölkədən gedib və İsraili, Amerikanı, Səudiyyə Ərəbistanını, Türkiyəni də İrandan çıxarmaq lazımdır. Bunun üçün bir qayda var.
Qarabağ erməniləri İranın ali dini liderinin himayəsi altındadır. 2020-ci il noyabrın 4-də ali dini lider üç bəndlik fətva verib. Bunlardan biri də Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməklə bağlıdır. Qarabağ erməniləri İran vətəndaşlarını qətlə yetiriblər. Onları isə İranın ali dini lideri himayə edirdi. Qarabağ erməniləri İranın sərnişin təyyarəsini vurublar və orada 32 nəfər həlak oldu. Bəs ali dini lider niyə buna əhəmiyyət vermir? Xocalı soyqırımını Qarabağ erməniləri törədib. ABŞ-ın 22 ştatı Xocalı soyqırımını tanıyıb. İranın heç bir vilayəti Xocalıda baş verənləri soyqırımı adlandırmayıb.
Ali Dini Lider Xocalı soyqırımını törədən ermənilərin təhlükəsizliyini təmin etməyi öz vəzifəsi elan edir.
Əgər Azərbaycanla münasibətlərin normallaşması, səfirliyin geri qaytarılması məsələləri ali dini liderin göstərişidirsə, bu barədə ictimaiyyətə rəsmi açıqlama verilməlidir. İstərdim ki, bu məsələ Bakıda İranın xarici işlər nazirinə də izah olunsun. Əks halda, belə anlayıram ki, İran qırmızı xətləri keçib və bundan sonra Azərbaycan İranla İƏT vasitəsilə danışacaq.
Biz İranın Sünikdəki Zod yatağı ətrafında nələr etdiyini də bilirik. Biz Ermənistanı müharibə meydanına çevirməkdən qorxmuruq. Ermənistan ərazisində İranla müharibə olacağı təqdirdə, erməni ekspertlərin hərbi qüvvələrin nisbətindən kimin faydalanacağına dair dəqiq hesablamaları var. Hazırda Zod yatağı rəsmi olaraq Rusiya Federasiyasına məxsusdur. Ola bilər ki, Ermənistan anti-İran sifarişini yerinə yetirsin. Digər nüanslardan da xəbərdarıq.
İran etiraf etməlidir ki, Zəngəzur və İrəvan tarixən Azərbaycan torpaqları olub. Bu gün bölgəmizlə bağlı ən böyük həqiqətlərdən biri də bu məsələdir. İran bunu inkar etməməlidir. Əks halda yaxın gələcəkdə hər şey onun əleyhinə çevriləcək.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri
Mübariz Əhmədoğlu
AzVision.az