Rus və belarusların İtaliyada 2 milyardlıq aktivləri dondurulub
"Bu ilin iyun ayının sonuna olan məlumata görə, 80 qurumun adına 170 maliyyə əməliyyatı dondurulub. Dondurulmuş vəsaitlərin ümumi məbləği 330 milyon avrodan çoxdur", - Serata xüsusilə qeyd edib.
2022-ci ildən Avropa Komissiyası dəfələrlə bəyan edib ki, mövcud qanunvericilikdə Aİ-nin birtərəfli məhdudiyyətləri nəticəsində dondurulmuş xarici aktivlərin müsadirəsinə və onların başqa şəxsə və ya dövlətə verilməsinə icazə vermir. Eyni zamanda, 2022-ci ilin yayından etibarən Avropa Komissiyası bu cür vəsaitlərin müsadirəsini qanuniləşdirmək üçün Avropa normalarının dəyişdirilməsi istiqamətində aktiv işə başlayıb. Avropa Komissiyasının məlumatına görə, Aİ-də Rusiya Federasiyası Mərkəzi Bankının təxminən 200 milyard avro aktivi və 24 milyard avroya yaxın şəxsi fondu bloklanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: