Albaniya İran müxalifətinin hard disklərini Tehrana ötürüb

 Albaniya İran müxalifətinin hard disklərini Tehrana ötürüb
  04 İyul 2023    Oxunub:1093
İranın Kəşfiyyat nazirliyi Xalq Mücahidləri təşkilatının bir sıra “əlaqəli ünsürləri”nin həbs olunduğunu elan etdikdən bir gün sonra İran prezident aparatının rəsmisi Albaniya polisinin bu təşkilata hücumu zamanı qeydə alınan məlumatların bir hissəsini təşkilatın İrana ötürdüyünə eyvham vurub.
AzVision.az Xalq Mücahidləri təşkilatının siyasi qolu sayılan İran Milli Müqavimət şurasının açıqlamasına istinadən bildirir ki, bu xəbərin doğru çıxacağı təqdirdə Amerika və Albaniya hökumətlərinin cavab verməli olacaqları vurğulanır.

İran hökumətinin İnformasiya şurasının rəhbəri Sepehr Xəlci öz tvit hesabında məsələyə aydınlıq gətirib.

“Sərt diskin və qutuların bir hissəsi gəldi. Hazırda məlumatı bərpa etməklə, əlaqələri, məhv olmuş nüvələri və kor nöqtələri müəyyənləşdirməklə məşğuldurlar”, - Sepehr Xəlci yazıb.

Albaniya hakimiyyəti hələlik bu iddia ilə bağlı açıqlama verməsə də, İran Milli Müqavimət şurasının bəyanatında disklərin ötürülməsi İran hakimiyyətinin mürtəce siyasətinin dəstəklənməsi kimi qiymətləndirilir.

- Albaniya ilə İslam respublikasının “kəşfiyyat əməkdaşlığı”na əsasən Əşrəf 3 düşərgəsinə edilən hücumda ələ keçirilən 213 kompüter və sərt diskin bir hissəsinin Tehrana ötürülməsi doğrudursa, insan fəlakəti və insan hüquqlarının dəhşətli pozuntusu baş verib. Belə bir hadisə bütün ölkə ərazisində ailələrin, siyasi məhbusların və mücahid tərəfdarlarının həbsi, işgəncə və edam edilməsi ilə yanaşı, bu rejimin İrandan kənarda cilovsuz terroruna səbəb ola bilər”, - bəyantada deyilir.

Bəyantda Albaniyanın keçən il sentyabrda İrandan Albaniyaya edilən kiberhücumlardan sonra Tehranla əlaqələrini kəsməsinə baxmayaraq, alban polisinin bu əməliyyatı İranın tələbi ilə həyata keçirdiyi iddia olunur.
AzVision.az


Teqlər: Albaniya   İran  





Xəbər lenti