Arayik Putinə təxribat dolu məktub göndərib

   Arayik Putinə təxribat dolu    məktub göndərib
  04 İyul 2023    Oxunub:1944
Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib.
AzVision.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb. Nəşr digər separatçı Tiqran Petrosyana istinad edib. Bildirilir ki, o, Facebookda məsələ ilə bağlı status yazsa da, məktubun məzmununu açıqlamayıb.

Petrosyan gileylənərək yazıb ki, “Kimi, nəyi gözləyirik? Uşaqlar ac qalmalıdırlar ki, biz oyanaq?".

O qeyd edib ki, Qarabağ ermənilərinin əksəriyyəti Ermənistan rəhbərinə və Arayikə deyil, Rusiya prezidenti Putinin ermənilərin təhlükəsiz şəkildə yaşayacaqlarına dair sözlərinə inanırdı.

"Bu gün biz yaşamırıq, sadəcə varıq. Susmağımız "xalq"ın vəziyyətini günü-gündən ağırlaşdırır. Bizə təhlükəsizlik, ləyaqət, sərbəst hərəkət vəd edənlər özlərinə vertolyotla ərzaq daşıyıraq, erməniləri bu vəziyyətdə qoyurlar. Rəhbərlik Putinə "xalq"ın ağır vəziyyətinə dair məktub göndərib. Düşünürəm ki, əgər sabah Rusiyadan cavab olaraq aşkar addımlar görməsək, susmağımız ölümə bərabər olacaq... Sabah da dözəcəyik. Amma sonra övladlarımız üçün, ləyaqətimiz naminə vulkan kimi partlamalıyıq",- separatçı "məmur" gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qarabağ   Putin   Arayik  





Xəbər lenti