Barseqyan: "Rusiya döyüşlərə ermənilərindən ibarət xüsusi kontingent göndərir"

      Barseqyan:    "Rusiya döyüşlərə ermənilərindən ibarət xüsusi kontingent göndərir"
  04 İyul 2023    Oxunub:925
Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. AzVision.az xəbər verir ki, ermənilər Moskvanı indi də Rusiyadakı həmvətənlərini Ukraynada qırdırmaqda günahlandırırlar.
Məsələn, "Asparez" Mətbuat Klubunun rəhbəri Levon Barseqyan iddia edib ki, Kreml Rusiya ermənilərini kütləvi şəkildə silahlandıraraq müharibəyə cəlb edir.

“Rusiya Ukraynaya rusdilli ermənilərdən ibarət xüsusi erməni hərbi kontingentini göndərir. Ukraynada isə Kremlə qarşı erməni yarımhərbi dəstəsinin yaradıldığını iddia edənlər var. Bu iki məsələ arasındakı fərqi izah etməyə ehtiyac varmı?", - o qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   Ermənistan  





Xəbər lenti