Moskvada 4 PUA vuruldu - VİDEO

 Moskvada 4 PUA vuruldu  - VİDEO
  04 İyul 2023    Oxunub:1138
Yeni Moskvanın Valuevo kəndi yaxınlığında 4 pilotsuz uçuş aparatı vurulub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, xəsarət alanlar və dağıntı yoxdur.
Qeyd edilir ki, bundan əlavə, Moskva yaxınlığındakı Kubinka ərazisində naməlum pilotsuz təyyarə də vurulub.

Peskov Kremlə PUA hücumuna görə ABŞ-ı günahlandırıb
Həmçinin Moskvanın Vnukovo hava limanına enməsi nəzərdə tutulan bir neçə reys başqa hava limanlarına yönləndirilib.

Rusiya Xarici İşlər Nazirliyi paytaxt sakinlərini qorxudan dron hücumlarına reaksiya verib. Nazirliyin sözçüsü Mariya Zaxarova açıqlamasında deyib ki, Kiyevin mülki infrastruktur obyektlərinin, o cümlədən aeroportun yerləşdiyi əraziyə pilotsuz təyyarələrlə hücum etmək cəhdi növbəti terror aktıdır.

“Nəzərə alsaq ki, Zelenski bu terror aktlarını Qərbin verdiyi silahlarla törədir, bu, beynəlxalq terrorizmdir”, - Rusiya XİN rəsmisi Telegram kanalında yazıb.

Xatırladaq ki, may ayında Kremlə də dron hücumu olmuşdu.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Dron   Moskva  





Xəbər lenti