Ukraynalı qaçqınlara yardım edən mikroavtobus yandırılıb

Ukraynalı qaçqınlara yardım edən mikroavtobus yandırılıb
  03 İyul 2023    Oxunub:788
Berlində ukraynalı qaçqınlara yardım edən təşkilatın mikroavtobusu yandırılıb.
Hadisə ötən gecə Vaysenze rayonunda qeydə alınıb. Belə ki, naməlum şəxslər Ukraynadan olan qaçqınlara yardım göstərən təşkilata məxsus avtomobili yandırıblar. Qeyd olunub ki, şahid yanğın barədə gecə saat iki radələrində məlumat verib. Tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.

Daha əvvəl bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında Ukraynadan Almaniyaya 81,6 mindən çox qaçqın gəlib ki, bu da ayda orta hesabla 27,2 min nəfər təşkil edir. AFR getdikcə daha az ukraynalı qaçqın qəbul etməyə başlayıb.

Belə ki, apreldə ölkəyə 19300, mayda 15600-ə yaxın ukraynalı gəlib. Ümumilikdə 2022-ci ilin fevral ayından təxminən 8,6 milyon insan Ukraynanı tərk edib. Ukraynanın təxmini əhalisi hazırda 29 milyon nəfərdir.


AzVision.az


Teqlər:





Xəbər lenti