Aİ moldovalı fermerlər üçün güzəştli rejimi uzadacaq

Aİ moldovalı fermerlər üçün güzəştli rejimi uzadacaq
  03 İyul 2023    Oxunub:1054
Avropa İttifaqı Moldovanın kənd təsərrüfatı məhsulları üçün güzəştli rejimi uzadacaq.
Bu barədə “RİA” Novosti Avropa Komissiyasındakı mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, bütün taxıllar Aİ-yə Moldovadan rüsumsuz gətirilə bilər.

Meyvə və tərəvəz idxalı üçün qurum 2023-cü ilin iyulundan sonra daha bir il müddətinə uzadılacaq tarif kvotaları vasitəsilə girişi əhəmiyyətli dərəcədə asanlaşdırmaq qərarına gəlib.

Daha əvvəl bildirilib ki, qlobal taxıl treyderləri - Cargill, Viterra, Louis Dreyfus 2023-cü il iyulun 1-dən Rusiya taxılını daha tədarük etməyəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti