İlon Mask altı ayda 96,6 milyard dollar qazanıb

   İlon Mask altı ayda 96,6 milyard dollar qazanıb
  03 İyul 2023    Oxunub:936
“Tesla”nın yaradıcısı, “SpaceX” və tviterin sahibi İlon Mask son altı ay ərzində 96,6 milyard dollar qazanıb.
Bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, ikinci yeri 58,9 milyard dollar gəlirlə “Meta”nın təsisçisi Mark Zukerberq tutub. Növbəti yerlərdə isə “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, “Oracle” korporasiyasının yaradıcılarından biri Larri Ellison və LVMH şirkətlər qrupunun prezidenti Bernard Arnault qərarlaşıb.

Agentliyin məlumatına görə, dünyanın ən zəngin 500 adamı 2023-cü ilin birinci yarısında ümumilikdə 852 milyard dollar qazana bilib.

AzVision.az


Teqlər:





Xəbər lenti