Əhmədrza Radan: Zəhərlənmə “heç bir halda” zəncirvari deyil

Əhmədrza Radan: Zəhərlənmə “heç bir halda” zəncirvari deyil
  03 İyul 2023    Oxunub:826
Son günlər İranda kustar yolla hazırlanmış spirtli içkilərdən zəhərlənmə nəticəsundə 40-dan artıq insanın ölümü və yüzlərlə adamın ağır vəziyyətdə xəstəxanalara yerləşdirilməsi cəmiyytdə geniş rezonans doğurub. İranın polis qüvvələrinin baş komandanı Əhmədrza Radan isə bu faciəvi reallığı özünəməxsus qaydada şərh edib.
AzVision.az “Həmşəhri Online”-a istinadən xəbər verir ki, Əhmədrza Radan son günlər müxtəlif şəhərlərdə qeydə alınan spirtli zəhərlənmələrin zəncirvari xarakteri barədə verilən suala cavaında onların “heç bir halda” zəncirvari olmadığına əminliyini bildirib.

“Xeyr, İranda spirt zəhərlənməsi heç də zəncirvari deyil və polis bunu təsdiqləmir. Spirt içən insanlar bilməlidirlər ki, onlar üçün təhlükələr var. Alkoqol zəhərlənməsinin elan edildiyi hər bir şəhərdə polis dərhal korrupsioner içki istehsalçılarını müəyyənləşdirərək həbs edib”, - Radan cavab verib.

Amma polis qüvvələrinin baş komandanı bu əminliyin nəyə söykəndityini izah etməyib.

Alkoqoldan zəhərlənmə dalğası məsələsi sosial şəbəkələrdə geniş əks-səda doğurub və bəzi istifadəçilər bunu “məktəblərdə zəhərlənmənin” uzantısı kimi qiymətləndiriblər. Tehran vilayətinin Rəbatkərim şəhərinin prokuroru isə iyun ayında yalnız bu şəhərdə şəhərdə evdə hazırlanmış spirtli içkilərdən zəhərlənənlərin sayının 41 nəfərə çatdığını açıqlayıb.
AzVision.az


Teqlər: İran   alkoqol  





Xəbər lenti