İraqın xarici işlər naziri Azərbaycana gəlir

İraqın xarici işlər naziri Azərbaycana gəlir
  03 İyul 2023    Oxunub:775
İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək.
Bu barədə AzVision.az -a İraqın Bakıdakı səfirliyindən məlumat verilib.

Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.

İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti