Almaniya məhkəməsi: İrana bağlı mərkəz “ifrat islamçı” təşkilatıdır

Almaniya məhkəməsi: İrana bağlı mərkəz “ifrat islamçı” təşkilatıdır
  03 İyul 2023    Oxunub:979
Hamburq Ali İnzibati məhkəməsi Almaniya Kəşfiyyat və Daxili Təhlükəsizlik agentliyinin İran hökumətinə bağlı İslam mərkəzinin “ifrat islamçı təşkilat” olması barədə rəyini təsdiqləyib.
AzVision.az xəbər verir ki, məhkəmə, Kəşfiyyat və Daxili Təhlükəsizlik departamentinin Hamburq İslam mərkəzini “radikal İslamçı təşkilat” kimi təsnif etməsi etiraz doğurmadığı və mərkəzin Almaniyanın “qeyri-konstitusiya məqsədləri”ni güddüyü barədə qərar çıxarıb.

Məhkəmə hələ iki ay əvvəl Hamburq İslam mərkəzi ilə bağlı şikayətə baxmağa başlayıb. Şikayətin səbəbi iki il öncə, Hamburqun Kəşfiyyat və Daxili Təhlükəsizlik departamentinin bu mərkəzin ekstremist və islamçı qruplarla, o cümlədən Livanın “Hizbullah” təşkilatı ilə əlaqəsi barədə məlumat verən sənədləri dərc etməsi olub. Təhlükəsizlik təşkilatı həmçinin Hamburq İslam mərkəzini İranın Almaniyadakı fəal bazalarından biri kimi təsnif edib. Lakin məhkəmə sonuncu iddianı əssasız sayib.

Buna baxmayaraq, alman mediası məhkəmənin nəticəsini Almaniya Kəşfiyyatı və Daxili Təhlükəsizlik idarəsinin İslam mərkəzinə qarşı uğuru kimi dəyərləndirərərk, onun yəqin ki, yaxın vaxtlarda bağlanacağını vurğulayır.

Hamburq əyalətinin Daxili İşlər naziri Endi Qrot bu qərarın Kəşfiyyat və Daxili Təhlükəsizlik departamentinin dini ekstremizmə qarşı mübarizədə öz işini layiqincə yerinə yetirdiyinə dəlalət etdiyini, gələcəkdə bu mərkəzdə daha çox monitorinq aparılacağını söyləyib.

Bir müddət əvvəl Almaniya Yaşıllar Partiyasının iki liderindən biri olan Ümid Nuripur sözügedən mərkəzi “İranın casusluq yuvası” adlandıraraq, onun dərhal bağlanmasını tələb etmişdi.
AzVision.az


Teqlər: Almaniya   İran  





Xəbər lenti