İsrail ordusu Cenində xüsusi əməliyyata başladı

İsrail ordusu Cenində xüsusi əməliyyata başladı
  03 İyul 2023    Oxunub:813
İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində miqyaslı xüsusi əməliyyata başlayıb.
Yerli sakinlər barrikadalar quraraq İsrail hərbçilərinə ciddi müqavimət göstərir. İndiyə qədər beş nəfər həlak olub və onlarla insan yaralanıb. İsrail ordusunun mətbuat xidməti “Cenin taborunun” qaçqın düşərgəsindəki mənzil qərargahına raket zərbələri endirildiyini bildirib.

“Al Arabiya” telekanalının yaydığı məlumata görə, İsrail qüvvələrinin xüsusi əməliyyatı çərçivəsində bu gün səhər saatlarında Cenin şəhərinə və yaxınlıqdakı eyni adlı fələstinli qaçqın düşərgəsinə zirehli transportyorlar və tanklar da daxil olmaqla, 200-dən çox hərbi texnika yeridilib.

Ötən həftə İsrail ordusunun Cenin şəhərinə reydləri nəticəsində ən azı altı fələstinli qətlə yetirilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti