Yeni İrəvan-İstanbul-İrəvan reysi açılıb

Yeni  İrəvan-İstanbul-İrəvan  reysi açılıb
  03 İyul 2023    Oxunub:1529
“Ermənistan Hava Yolları” iyulun 2-dən İrəvan-İstanbul-İrevan reyslərini yerinə yetirməyə başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Zvartnots hava limanının mətbuat xidməti mçəlumat yayıb.

Bildirilir ki, uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, bu, oxşar uçuşlar həyata keçirən ilk aviaşirkət deyil. Türkiyənin Pegasus Hava Yollarının İstanbul-İrəvan-İstanbul reysi də var. Bundan əlavə, FlyOne Armenia da bu marşrutu həftədə iki dəfə, bazar ertəsi və çərşənbə axşamı həyata keçirir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Reys  





Xəbər lenti