İsrail İranın nüvə obyektlərinə hələlik qabaqlayıcı hücum etməyəcək
“Biz İranın nüvə obyektlərinə hücum etməyə yaxın deyilik, çünki iranlılar bir müddətdir dayanıblar. Onlar uranı qırmızı xətt hesab etdiyimiz səviyyəyə qədər zənginləşdirmirlər. Əllbəttə İran İsrailin qırmızı xəttini keçə biləər. Nəticədə belə bir an üçün özümüzü hazırlayırıq. Əgər belə bir vaxt gələcəksə, biz İsrail xalqını məhv etmək əzmində olan və kütləvi qırğın silahlarına malik ekstremist rejimdən müdafiə etməliyik. Hər halda, nüvə İranını özünə qarşı ekzistensial təhlükə kimi görən İsrail üçün heç bir razılaşma zəruri deyil”, - Hanqbi deyib.
Keçən həftə İsrail televiziyasının 12-ci kanalı İranın atom bombası hazırlamaq üçün uranı lazımi səviyyəyə zənginləşdirməsi problemini İsrail hakimiyyətinin real və baş verə biləcək bir şey kimi qiymətləndirmək fikrində olduğunu açıqlayıb. Telekanal Birləşmiş Ştatların da İsraillə razılaşdığını, İranın hazırda atom bombası əldə etmək yolunda ən qabaqcıl mərhələdə olduğunu da bildirib.
Lakin İranın nüvə bombasını nə vaxt əldə edəcəyi barədə Amerika rəsmiləri, Mossad və İsrail hərbçiləri arasında fikir ayrılığı var.
AzVision.az