Ağ Evdə terror həyəcanı

Ağ Evdə terror həyəcanı
  03 İyul 2023    Oxunub:893
ABŞ Məxfi Xidməti (U.S. Secret Service) Ağ Evin yaxınlığında naməlum əşya aşkar edib.
AzVision.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Qeyd edilir ki, xidmətin əməkdaşları təhlükə səbəbindən Ağ Evin ətrafındakı əraziləri nəzarətə götürüb və administrasiya işçiləri təxliyə edilib.

"Xüsusi Kimyəvi Mühafizə qrupu 18-ci küçə və ümumilikdə Pensilvaniya prospektinə çağırılıb. Məxfi Xidmət bölmələri Ağ Evin ətrafındakı yolları bağlayıb, qurum “naməlum əşya” ilə bağlı əlavə məlumat verməyib. Məxfi Xidmətin mətbuat katibinin sözlərinə görə, ərazidə yaradımış bütün məhdudiyyətlər artıq aradan qaldırılıb", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ağ-Ev   ABŞ  





Xəbər lenti