İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

İndoneziyada 6,2 bal gücündə zəlzələ olub
  03 İyul 2023    Oxunub:1808
İndoneziyanın şərqindəki Papua vilayətində 6,2 bal gücündə zəlzələ olub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya, İqlim və Geofizika Agentliyi məlumat yayıb. Yerli vaxtla səhər 09:51-də qeydə alınan yeraltı təkanın episentri Keerom rayonundan 79 kilometr aralıda, zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Hələlik sunami xəbərdarlığı elan edilməyib, dağıntı və tələfat haqqında məlumat yoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti