İslam ölkələri "Quran"ın yandırılmasından narahatdır

   İslam ölkələri "Quran"ın yandırılmasından narahatdır
  02 İyul 2023    Oxunub:1138
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr bazar günü İslam simvollarından təkrar sui-istifadə hallarına son qoymaq üçün kollektiv fəaliyyətə çağırıblar.
Bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

"Quranı söymək və İslam peyğəmbərini təhqir etmək islamofobiyanın təcrid olunmuş təzahürləri deyil. Müsəlman ölkələri bunun qarşısını almaq üçün kollektiv tədbirlər görməlidir", - İslam Əməkdaşlıq Təşkilatının baş katibi İbrahim Taha İsveçdə Quranın yandırılması ilə bağlı növbəti aksiyaya cavab olaraq Səudiyyə Ərəbistanının təşəbbüsü ilə çağırılan fövqəladə iclasda deyib.

O, hər hansı din əleyhinə çağırışlara qarşı beynəlxalq hüququn təcili tətbiqi ilə bağlı beynəlxalq ictimaiyyətlə daimi işin zəruriliyinə işarə edib.

Qeyd edək ki, Stokholmda Qurban bayramı zamanı Quranın təhqir edilməsi və yandırılması dünyanın bir çox ölkələrində geniş əks-səda doğurub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti