Fransanın baş naziri: "Hökmət nümayəndələrinə hücum edənləri sərt cəzalandırın"

      Fransanın baş naziri:    "Hökmət nümayəndələrinə hücum edənləri sərt cəzalandırın"
  02 İyul 2023    Oxunub:991
Fransanın baş naziri Elizabet Born iğtişaşlar zamanı bələdiyyə orqanlarının nümayəndələrinə hücumda iştirak edənlərin mümkün qədər sərt cəzalandırılmasını tələb edir.
BFM telekanalının efirində "Yerli hakimiyyət orqanlarına, eləcə də prefekturalara və dövlət qurumlarına hücumlar qətiyyən yolverilməzdir" deyən Born "Biz prokurorluqdan bu cür hərəkətləri edənlərə qarşı ən sərt yanaşma və ədalət tələb edirik".

Born həmçinin bildirib ki, hökumət yerli hakimiyyət nümayəndələrinə tam dəstəyini ifadə edir.

Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edilib. Hadisə nəticəsində mer həyat yoldaşı və övladının yaralandığını bildirib.

Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:

“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.

Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti