Fransada mağazalar və banklar talan edilir

   Fransada mağazalar və banklar talan edilir
  02 İyul 2023    Oxunub:1166
Fransada dörd gün davam edən iğtişaşlar zamanı 250-yə yaxın tütün mağazası, 250 bank şöbəsi və 200 ərzaq mağazası talan edilib.
Bunu ölkənin iqtisadiyyat naziri Bruno Le Maire deyib. O əlavə edib ki, zorakılıqdan əziyyət çəkən satıcılara sığorta şirkətləri ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxt veriləcək və yay satışları bir həftə uzadılacaq.

Çərşənbə axşamı səhər polis Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyib və o, təhlükəsizlik rəsmilərinin dediyinə görə, onların tələblərini yerinə yetirməkdən imtina edib.

Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb. Bir sıra şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Fransa  





Xəbər lenti