Polşa baş naziri Fransadakı talanları yanlıış miqrasiya siyasətinə bağlayıb

Polşa baş naziri Fransadakı talanları yanlıış miqrasiya siyasətinə bağlayıb
  01 İyul 2023    Oxunub:1066
Polşanın Baş naziri Fransadakı talanları səhv miqrasiya siyasəti ilə əlaqələndirib Fransada talanlar nəzarətsiz miqrasiya siyasəti nəticəsində başlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski brifinqdə deyib.

"Bir gecədə bir neçə yüz ev, bir neçə min avtomobil yandırılıb, şüşələr sındırılıb, xəstəxanalar və məktəblər talan edilib. Bunlar bizim qəbul etməyə məcbur olduğumuz nəzarətsiz miqrasiya siyasətinin nəticələridir", - Polşa hökumətinin başçısı bildirib.

O, bununla bağlı Avropa İttifaqını Polşanı yeni miqrasiya paktı imzalamağa məcbur etməyə çalışmaqda ittiham edib.

AzVision.az



Teqlər: Polşa   Fransa  





Xəbər lenti