Türkiyə boğazlardan keçid rüsumlarını artırıb

   Türkiyə boğazlardan keçid  rüsumlarını artırıb
  01 İyul 2023    Oxunub:1542
Türkiyə boğazlarından keçən beynəlxalq gəmilərdən alınacaq rüsumlarda artırılmış tariflərin tətbiqinə başlayıb.
AzVision.az xəbər verir ki, ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından tranziti üçün rüsumlar 4,42 ABŞ dollarına qaldırılıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu bildirib ki, keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonaj üçün 4,08 ABŞ dolları təşkil edib.

Uraloğlunun sözlərinə görə, Türkiyə Prezidentinin təsdiqlədiyi qərara əsasən, boğazlardan keçid haqları hər il iyulun 1-də avtomatik olaraq yenidən hesablanacaq.

AzVision.az



Teqlər: Türkiyə   Boğazlar   Rüsumlar  





Xəbər lenti