Buxarestdəki Rusiya səfirliyinin 40 əməkdaşı Rumıniyanı tərk edib

Buxarestdəki Rusiya səfirliyinin 40 əməkdaşı Rumıniyanı tərk edib
  01 İyul 2023    Oxunub:946
Rusiyanın Buxarestdəki səfirliyinin 40 əməkdaşı (ailə üzvləri ilə birlikdə - 80-ə yaxın rusiyalı) ölkə hakimiyyətinin diplomatik missiyanın işçilərinin sayını azaltmaq tələbindən sonra Rumıniyanı tərk edib.
AzVision.az xəbər verir ki, barədə TASS-a Rusiya səfirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya səfirliyinin bəzi əməkdaşları Rumıniyanı daha əvvəl tərk edib və ölkəni tərk edən Rusiya vətəndaşlarını ümumi sayı 140-a çatıb.

Qeyd edək ki, iyunun 8-də Rumıniya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada ölkə hakimiyyətinin 30 gün ərzində Rusiya səfirliyinin əməkdaşlarının 50 nəfərdən çox ixtisar edilməsini tələb etdiyi bildirib.

AzVision.az



Teqlər: Rusiya   Rumıniya  





Xəbər lenti